
Haqqımızda
“Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi fəaliyyətə başlayıb.
1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında onun hüquqi varisi olan“ Buxar Mühəndislik” şirkəti hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.
50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar Mühəndislik” şirkəti fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə etməkdə davam edir. Eyni zamanda fəaliyyətimizin bir qolu olan əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı və texniki xidmət (servis) göstərilməsi işini də təşkil edərək bir sira iri layihələrə uğurla imza atmışıq.
Dünya Markalarının Rəsmi Satışı
Buxar Mühəndislik şirkəti dünya markaları olan Grundfos Viessman FBR, KODSAN,Vansan Mas Daf şirkətlərinin nasos və qazanlarının rəsmi satışını həyata keçirir.
Buxar Mühəndislik şirkəti olaraq fəaliyyətimizin bir qolu da Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servisindən ibarətdir.
Biz uzun illərdir əməkdaşlıq etdiyimiz İtaliyanın, Danimarkanın, Türkiyənin, Almaniyanın ən keyfiyyətli Avropa məhsullarını Azərbaycan şəraitinə uyğunlaşdırılmış formada ölkəmizə gətirib müştərilərimizə təqdim edir və alınan bütün məhsullara 2 il zəmanət veririk.





