
Su sənayesi sektorunda qabaqcıl markalardan olan Grundfos şirkətinin 1940-ci ildə əsası qoyulmuşdur. Şirkətin baş ofisi Danimarkada yerləşir. Hal hazırda 56 dan çox ölkədə fəaliyyət göstərir. Grundfos nasosları enerjiyə qənaətli innovativ texnoloji yenilikləri ilə digər markalardan seçilir.
Su və enerji məhsuldarlığını artırmaq üçün durmadan çalışan Grundfos markası ilə Buxar Mühəndislik şirkəti 1999-cu ildən rəsmi əməkdaşlıq edərək ən son yenilikli nasoslarının satışını və texniki dəstəyini həyata keçirir.
Əməkdaşlığımızın əsas məqsədi müştərilərimizə və işimizə davamlı olaraq dəyər və yüksək keyfiyyət qazandırmaqdır.

Viessmann istilik sistemləri istehsal edən dünyanın ən qabaqcıl şirkətlərindən biridir. 1917-ci ildə qurulan Viessmann, hazırda on iki ölkədə 22 istehsal şirkətinə sahibdir. Şirkətin dünyada 120 satış filialı vardır. Şirkətin baş ofisi Almaniyada yerləşir.
Istilik sistemlərində ən son yeniliklərlə seçilən Viessman markası ilə Buxar Mühəndislik şirkəti 2005-ci ildən rəsmi əməkdaşlıq edərək istilik qazanlarının və kombi sistemlərinin satışını və texniki dəstəyini həyata keçirir.
Əməkdaşlığımızın əsas məqsədi yaşayış binaları, sənaye və ticarət obyektlərlərinə ağıllı və davamlı enerji sistemləri ilə təmin etməkdir.

Türkiyənin su sənayesi sektorunda ən qabaqcıl nasos istehsalçı markası olan VanSan şirkətinin 1964-cü ildə əsası qoyulmuşdur. Hal -hazırda 70-dən çox ölkəyə nasos ixrac edən Vansan şikrəti Buxar Mühəndislik şirkəti ilə də 2005-ci ildən əməkdaşlıq edir.

Kodsan, Türkiyədəki ilk və ən böyük emaye örtüklü isti su anbarı istehsalçısıdır. 1984-cü ildə çətin isti su sistemi layihələri üçün həllər təqdim etməklə yanaşı həyatı asanlaşdırmaq üçün qurulmuşdur. Buxar Mühəndislik şirkəti 2005-ci ildən Kodsan markasının rəsmi satışı və texniki dəstəyini həyata keçirir.

FBR dünya markası olaraq 1969-cu ildən fəaliyyət göstərir. Sənaye və mükli istifadə üçün nəzərdə tutulan yüksək texnologiya ilə istehsal edilən FBR odluqlarının rəsmi satış və texniki dəstəyini Buxar Mühəndislik şirkəti 2004-cü ildən həyata keçirir.

1977-ci ildən fəaliyyət göstərən MasDaf şirkəti nasos çeşidi və öz fərqliliyi ilə seçilir. 2017-ci ildən isə Buxar Mühəndislik şirkəti ilə rəsmi əməkdaşlıq edir.